• Bakı 26° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

Livan Prezidenti: Ölkədəki bütün silahlar dövlətin nəzarətinə keçəcək

DÜNYA

07 Avqust 2025 | 15:45

Livan Prezidenti: Ölkədəki bütün silahlar dövlətin nəzarətinə keçəcək

Livan Prezidenti Jozef Aun ölkədəki bütün silahların dövlətin nəzarətinə veriləcəyini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Livan Prezidenti “Al Arabiya” telekanalına müsahibəsində bildirib.

Aun bu bəyanatı "Hizbullah" silahlı qruplaşmasının tərk-silah ideyasını rədd edərək, hökuməti "ağır günahda" ittiham etməsindən sonra verib. Eyni zamanda, Nazirlər Kabineti Livan ordusuna bu ilin sonunadək bütün silahlı birləşmələrin tərk-silah edilməsi planını hazırlamağı tapşırıb.

"Çətinliklərə və maneələrə baxmayaraq, silahlar üzərində müstəsna nəzarətə nail olunacaq", - Aun bildirib.

Prezident həmçinin İsraillə münasibətləri və ABŞ-nin xüsusi nümayəndəsi Tom Barakın Livanın cənub sərhədində vəziyyətin normallaşdırılması ilə bağlı təkliflərini şərh edib.

"Livanın ABŞ-nin təklifini həyata keçirməsi üçün Suriya və İsrailin razılığı, eləcə də ABŞ və Fransanın zəmanəti lazımdır", - o qeyd edib.

Aun vurğulayıb ki, təhlükəsizlik sahəsində nizam-intizamın yaradılması Livanın suverenliyini zəiflətməyəcək, əksinə, onu gücləndirəcək.


SON XƏBƏRLƏR