• Bakı 25° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

Ölkə ərazisində külək güclənəcək - Bu tarixə kimi davam edəcək

CƏMİYYƏT

07 Avqust 2025 | 19:19

Ölkə ərazisində külək güclənəcək - Bu tarixə kimi davam edəcək

Uzun müddət davam edən isti hava dalğasından sonra avqustun 8-i axşamdan şimal-qərb küləyinin arabir güclənəcəyi, 12-dək davam edəcəyi gözlənilir.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, həftəsonu gələn həftənin ilk günlərində havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək. Küləyinin güclənməsi ilə əlaqədar Abşeron çimərliklərində istirahət edən əhalinin ehtiyatlı olması tövsiyə olunur.

Dəniz suyunun temperaturu avqustun 9-10-11-də 27-29° isti olacaq.


SON XƏBƏRLƏR