• Bakı 26° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

Zəngilanın iki kəndində içməli su və kanalizasiya sistemi qurulacaq

CƏMİYYƏT

07 Avqust 2025 | 15:52

Zəngilanın iki kəndində içməli su və kanalizasiya sistemi qurulacaq

Zəngilan rayonunun Ağalı vә Mәmmәdbәyli kәndlәrinin su tәchizatı vә tullantı su şәbәkә vә qurğularının tikintisinə başlanılır.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqlara başlayıb.

Layihə çərçivəsində Mahrızlı su anbarından 17,723 min metr uzunluğunda polietilen borularla su xətti çəkiləcək.

Bundan başqa, tullantı sularının çəkilməsi ilə bağlı 1 405 metr uzunluğunda D 400 mm-lik qofralı polietilen boru (Koruqe) kəmərlərinin quraşdırılması planlaşdırılır. Xətt boyunca 21 ədəd çuqun lyuklar quraşdırılacaq.


SON XƏBƏRLƏR