• Bakı 27° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

Vaşinqton görüşü: Liderlər memorandum imzalayacaq?

SİYASƏT

07 Avqust 2025 | 15:58

Vaşinqton görüşü: Liderlər memorandum imzalayacaq?

"ABŞ-də indiki şəraitdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması ehtimalı zəifdir".

Bu barədə Bakıvaxtı.az-a siyasi şərhçi Abutalıb Səmədov deyib.

Ekspert bildirib ki, bu cür müqavilələri adətən dövlət rəhbərləri yox, onların xüsusi səlahiyyətli nümayəndələri paraflayırlar:

"Belə bir ehtimal var ki, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçiriləcək görüşündə memorandum imzalanacaq. Hərçənd, sülh sazişinin özünün də imzalanma ehtimalı istisna olunmur. Amma memorandumun imzalanma ehtimalı daha yüksəkdir”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan Ermənistan Konstitusiyasında dəyişiklik tələb edir, yalnız bu halda sülh sazişini imzalayacağını deyir. Onun fikrincə, Ermənistanda yeni Konstitusiyanın qəbulu 2026-cı ilin sonlarında mümkündür:

“ABŞ-nin qarant olması müəyyən sazişin imzalanmasını mümkün edə bilər. Lakin indiki halda tərəflər arasında memorandumun imzalanması da sülh prosesindəm mühüm irəliləyiş kimi dəyərləndirilə bilər. Xüsusən, ABŞ prezidenti Donald Trampın iştirakı ilə belə bir memorandumun imzalanması Vaşinqtonun nüfuzunun artmasına gətirib çıxaracaq. Eyni zamanda bu, Türkiyənin də Cənubi Qafqazda nüfuzunun, təsir gücünün artmasının göstəricisi kimi qiymətləndirilə bilər".

Abutalıb Səmədov: Ermənistanda yeni Konstitusiyanın qəbulu 2026-cı ilin sonlarında mümkündür

Həmsöhbətimiz vurğulayıb ki, Vaşinqton görüşü dünya tərəfindən Rusiyanın Cənubi Qafqazda nüfuzunun sürətlə azalmasının rəsmiləşdirilməsi kimi qəbul olunacaq:

"Moskvanın bəhs edilən görüşdən dolayı ciddi narahatlığı ortadadır. Rusiya həm Azərbaycandan, həm də Ermənistandan narazıdır. Kreml bu iki dövlətə qarşı Ukrayna müharibəsini bitirdikdən sonra kəskin addımlar atmaq niyyətindədir. Azərbaycan ilk növbədə özünü bu cür təcavüzkar dövlətlərdən qorumaq barədə ciddi düşünməlidir.  Hesab edirəm ki, Vaşinqtonda keçiriləcək görüş və imzalanacaq sənəd Azərbaycan və Ermənistanın öz dövlət müstəqilliyini, suverenliyini qorumaq istiqamətində atılmış mühüm addım olacaq”.

“ABŞ bölgədə söz sahibinə çevrilmək imkanı əldə edəcək. Ola bilsin, bundan sonra Zəngəzur dəhlizinin açılması istiqamətində də ABŞ-nin iştirakı ilə ciddi addımlar atılacaq", - deyə Abutalıb Səmədov burğulayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR