• Bakı 26° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

Simonyan şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir

DÜNYA

07 Avqust 2025 | 17:31

Simonyan şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir

Ermənistan parlamentinin spikeri Alen Simonyan "İmnemnimi" podkastının həmmüəllifi Vazgen Saqatelyanı məhkəməyə verib.

Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumat “Datalex” məhkəmə-hüquq informasiya portalında yerləşdirilib.

Spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə dəymiş ziyanın ödənilməsini tələb edir.

A.Simonyanın fraksiya üzrə həmkarı Arusyak Manavazyan da podkastın həmmüəllifini məhkəməyə verib. O, Saqatelyanın verdiyi bəyanatları təkzib etməsini və 1 milyon dram (təxminən 2,5 min dollar) təzminat ödəməsini tələb edir.


SON XƏBƏRLƏR