• Bakı 26° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

Nəbatat Bağında piknik yeri bağlandı

CƏMİYYƏT

07 Avqust 2025 | 17:00

Nəbatat Bağında piknik yeri bağlandı

Mərkəzi Nəbatat Bağında piknik sahəsi müvəqqəti olaraq bağlanıb.

Bakıvaxtı.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb ümumi dezinfeksiya işlərinin aparılmasıdır.

Mərkəzi Nəbatat Bağından piknik sahəsinin ümumi dezinfeksiya işləri ilə əlaqədar olaraq müvəqqəti bağlandığı barədə məlumat təsdiqlənib.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında bir neçə gün əvvəl azyaşlını ilan sancmışdı. Rəsmi açıqlamada isə orada yaşayan istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğunun mümkün olduğu bildirilmiş, ziyarətçilərdən təyin olunmuş yerlərdə gəzmələri, azyaşlıları diqqətdən kənar qoymamaları xahiş edilmişdi.

Bundan sonra isə iyulun 30-dan bağda sanitar-gigiyena tədbirləri çərçivəsində genişmiqyaslı dezinfeksiya işlərinə başlanılıb. Bağın giriş hissəsi, uşaq meydançası və piknik zonasına xüsusi preparatlar tətbiq edilərək təmizlənib. Ümumi dezinfeksiya işləri sistemli şəkildə davam etdirilir.


SON XƏBƏRLƏR