İyun ayında Yer kürəsi növbəti maqnit qasırğalarının təsiri altına düşəcək.
Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, alimlərin proqnozlarına əsasən, bu ay ərzində bir neçə aktiv gün gözlənilir.
Bu cür günlərdə bəzi insanlar səhhətində dəyişikliklər hiss edə, texniki avadanlıqlarda isə nasazlıqlar yarana bilər.
Mütəxəssislər ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə, yaşlılara və meteohəssas şəxslərə bu dövrlərdə ehtiyatlı olmağı tövsiyə edirlər.
Referans gözlənilən maqnit qasırğalarının dəqiq tarixləri və intensivliyi barədə məlumatları təqdim edir:
14 iyun - Zəif G1 səviyyəli maqnit qasırğası gözlənilir; bu dövrdə bəzi meteoroloji və sağlamlıq təsirləri mümkündür
18–22 iyun - İyun ayının ən güclü maqnit qasırğası bu tarixlərdə baş verə bilər. Bu dövrdə orta–yüksək səviyyədə maqnit qasırğası riskləri var.