• Bakı 27° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

CƏMİYYƏT

09 Iyul 2025 | 09:30

Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb şəhərin Əliqulu Qəmküsar, Babək və Əlincə məhəllələrini su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılmasıdır.

Odur ki, saat 10:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq. İşlər bu gün yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026