• Bakı 28° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Son altı ayda Azərbaycanda maqnitudası üçdən yuxarı 49 zəlzələ olub

CƏMİYYƏT

09 Iyul 2025 | 10:11

Son altı ayda Azərbaycanda maqnitudası üçdən yuxarı 49 zəlzələ olub

Azərbaycanda ilin əvvəlindən bu günədək (yanvarın 1-dən iyulun 1-dək - red) maqnitudası 3 və ondan yuxarı 49 zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az-ın Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytında ardıcıl çıxan statistikaya əsasən apardığı hesablamaya görə, yeraltı təkanlardan 46-nın maqnitudası 3 və 3-dən yuxarı, üçünün maqnitudası isə 4 və 4-dən yuaxrı yuxarı olub.

Həmin dövr ərzində təbiət hadisəsi Xəzər dənizi, Yardımlı, Lerik, Cəlilabad, Lənkəran, Hacıqabul, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, İmişli, Kəlbəcər, Qaxda qeydə alınıb.

Qeyd edək ki, bu statistika yalnız maqnitudası 3 və 3-dən yuxarı qeydə alınan yeraltı təkanlara aiddir. Mərkəzin seysmik stansiyaları tərəfindən hər gün 10-20, bəzən daha çox olduqca zəif və yer səthinə gəlib çata bilməyən təkanlar qeydə alınır. Ümumilikdə, hər ilin sonunda Azərbaycanda və ona bitişik ərazilərdə, eləcə də RSXM-nin seysmik stansiyaları tərəfindən qeydə alınan dünya ölkələri üzrə zəlzələlərin ümumi statistikası açıqlanır.


SON XƏBƏRLƏR