• Bakı 32° C

    6.32 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

Şəmkir sakinindən 11 kiloqram narkotik götürülüb

CƏMİYYƏT

08 Avqust 2025 | 09:32

Şəmkir sakinindən 11 kiloqram narkotik götürülüb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən Şöhrət Mahmudov saxlanılıb.

DİN Mətbuat Xidməti Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, ondan 10 kiloqram narkotik vasitə marixuana, 1 kiloqram tiryək aşkar edilərək götürülüb.

Saxlanılan şəxs qazanc əldə etmək məqsədi ilə narkokuryerlik etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

07 Avqust 2025