• Bakı 32° C

    6.32 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

Metroda doğulan uşağın son durumu - YENİLƏNİB

CƏMİYYƏT

08 Avqust 2025 | 09:56

Metroda doğulan uşağın son durumu - YENİLƏNİB

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) müraciət qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Dərhal hadisə yerinə briqada cəlb olunub.

Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları 36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2,200 qram olan oğlan uşağı dünyaya gəlib.

Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.

***

09:36

Bu gün "Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

“Təbii ki, həmin körpəyə hədiyyələr də veriləcək”, - o vurğulayıb.

***

09:01

Bu gün saat 07:40 radələrində "Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.

Bakıvaxtı.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı stansiya əməkdaşları ona ilkin yardım göstərib. Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.


SON XƏBƏRLƏR

07 Avqust 2025