• Bakı 20° C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Van Qal: “Mançester Yunayted” futbol yox, kommersiya klubudur

İDMAN

08 Iyun 2025 | 18:07

Van Qal: “Mançester Yunayted” futbol yox, kommersiya klubudur

Niderlandlı məşqçi Lui van Qal “Mançester Yunayted”i futbol yox, kommersiya klubu hesab etdiyini söyləyib.

Bakıvaxtı.az xəbər verir ki, onun fikirlərini “Sky Sports” sitat gətirib.

“Bu hələ də futbol yox, kommersiya klubudur. Mən bunu əvvəl də demişəm. Məşqçi komandaya hansı oyunçuların gələcəyinə qərar verməyəndə həmişə çətindir. Məncə, məşqçi oyunçuları seçəndə belə də olmalıdır, çünki bu halda komanda onun rəhbərliyi altında nəticə göstərməsə, siz onu işdən çıxara bilərsiniz. Amma başqa insanlar futbolçuları alanda, o zaman sizin probleminiz yaranır: sizə məşqçinin bilik və anlayışı lazımdır, çünki bu oyunçuları məşq etdirəcək odur. Məsələn, Arne Slot “Liverpul”dakı texniki menecerə hansı oyunçunu almalı olduğunu deyən şəxsdir – buna diqqət yetirin”, – Lui van Qal vurğulayıb.

Xatırladaq ki, Ruben Amorimin yetirmələri ötən mövsümü İngiltərə Premyer Liqasının turnir cədvəlində 15-ci pillədə bitirmişdilər. “Qırmızı şeytanlar” həmçinin Avropa Liqasının finalınadək irəliləsə də, “Tottenhem”in öhdəsindən gələ bilməyiblər.


SON XƏBƏRLƏR

07 Iyun 2025