• Bakı 24° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Basketbol millimiz İslandiyanı məğlub etdi

İDMAN

08 Iyul 2025 | 16:12

Basketbol millimiz İslandiyanı məğlub etdi

Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının B divizionunda keçirdiyi dördüncü oyunda qələbə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, yığma İslandiyanı üstələyib - 86:79.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk iki matçında Bosniya və Herseqovina yığması üzərində qələbə (83:81) qazanıb, Ukrayna (65:78) və Litvaya (31:82) uduzub.

Komanda iyulun 9-da Kosovo ilə üz-üzə gələcək.


SON XƏBƏRLƏR