Kanadanın "Vankuver Uaytkeps" komandası almaniyalı hücumçu Tomas Mülleri transfer etdiyini açıqlayib.
Bakıvaxtı.az xəbər verir ki,ş bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumameyilli yarımmüdafiəçinin müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
35 yaşlı futbolçu 2008-2025-ci illərdə Almaniyanın "Bavariya" klubunda çıxış edib və 250 qol vurub. O, mühenlilərin heyərində 12 dəfə Almaniya çempionu olub. Müller həmçinin altı dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Futbolçu Çempionlar Liqası, Klublararası Dünya Kuboku və UEFA Super Kubokunun da qalibi olub.
Qeyd edək ki, "Vankuver Uaytkeps" 24 oyundan sonra 45 xalla turnir cədvəlində ikincidir