• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Montellaya Türkiyə vətəndaşlığı veriləcək

İDMAN

05 Sentyabr 2025 | 09:48

Montellaya Türkiyə vətəndaşlığı veriləcək

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda Gürcüstanla oyundan (3:2) sonra maraqlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, o, millinin baş məşqçisi Vinçenzo Montellaya Türkiyə vətəndaşlığı veriləcəyini bildirib.

“Vinçenzo Montellanı ən qısa zamanda Türkiyə vətəndaşı edəcəyik”, - deyə İ. Hacıosmanoğlu əlavə edib.

Qeyd edək ki, italyan məşqçi 2023-cü ilin sentyabr ayında Türkiyə millisinin baş məşqçisi təyin olunub. O, yığma ilə ümumilikdə 24 rəsmi oyun keçirib. “Ay-ulduzlular” onun rəhbərliyi altında 13 qələbə qazanıb, 4 heç-heçə edib, 7 dəfə məğlub olub.


SON XƏBƏRLƏR