• Bakı 23° C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Messi daha bir rekorda şərik oldu

İDMAN

05 Sentyabr 2025 | 11:38

Messi daha bir rekorda şərik oldu

Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatının Cənubi Amerika zonasında keçirdiyi oyunların sayına görə rekorda şərik olub.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Venesuela komandasına qarşı matç (3:0) Messi üçün seçmə mərhələdə 72-ci olub.

38 yaşlı hücumçu bu göstəriciyə görə Ekvador millisinin sabiq müdafiəçisi İvan Urtadonun rekordunu təkrarlayıb. 

Qeyd edək ki, ötən gecə baş tutan Argentina - Venesuela matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Messi bu görüşdə iki qol vurub.


SON XƏBƏRLƏR

25 May 2026