Yay təlim-məşq toplanışını iyulun 5-dən etibarən Türkiyənin Ərzurum şəhərində davam etdirən "Araz-Naxçıvan"ın keçirəcəyi yoldaşlıq görüşlərinin tarixi və rəqibləri müəyyənləşib.
Bu barədə Bakıvaxtı.az-a Araz-Naxçıvan FK-dan məlumat verilib.
Qeyd edilib ki, komanda hazırlıq prosesi çərçivəsində üç yoxlama oyunu keçirəcək və bu matçların hamısında Türkiyə təmsilçiləri ilə üz-üzə gələcək.
Muxtar respublika klubu iyulun 9-da "Bayburtspor", 11-də "Alanyaspor", 17-də isə "Trabzonspor"la qarşılaşacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) münasibətlərinə aydınlıq gətirəcək. İyulun 24-də Liv Bona Dea Arenada keçiriləcək matç saat 20:00-da başlayacaq. Cavab oyunu bir həftə sonra səfərdə olacaq.