“Qəbələ” Abdullahi Şuaybu ilə yollarını ayırıb.
Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Nigeriyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
Qeyd edək ki, A.Şuaybu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi. O, “Qəbələ”də keçirdiyi 29 oyunda 8 qol vurub.