“Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos Aleksander İsakın “Liverpul”a rekord məbləğə transferinə münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, sabiq almaniyalı futbolçu "Einfach mal Luppen" podkastında deyib:
"İsak böyük pula "Liverpul"a keçib? Mən dinləyicilərimizə güvənirəm, amma düşünürəm ki, onların yarısı İsak haqqında heç eşitməyib. Özünüz nəticə çıxarın. Mən tam səmimiyəm".
Xatırladaq ki, İsveç millisinin hücumçusu “Nyukasl”dan “Liverpul”a keçib. Mersisayd təmsilçisi bu keçid üçün 125 milyon funt sterlinq (145 milyon avro) ödəyib. Bu isə İngiltərə futbolu tarixində ən bahalı transfer sayılır./Qol.az