Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsində daha 12 oyun keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan milli komandası da mübarizəyə start verəcək. Belə ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığmamız D qrupunun ilk oyununda İslandiyanın qonağı olacaq. Qarşılaşma Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Matçın baş hakimi niderlandlı FIFA referisi Sander van der Eyk olacaq. Ona yan xətt hakimləri qismində Rens Blümink və Stefan de Qroot kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mark Naqteqaal yerinə yetirəcək. VAR hakimi Jerön Mansxot, onun köməkçisi Klay Ruperti olacaq.
Günün digər oyunları:
Saat 22:45, Ukrayna – Fransa
Saat 22:45, Sloveniya – İsveç
Saat 22:45, İsveçrə – Kosovo
Saat 22:45, Danimarka – Şotlandiya
Saat 22:45, Yunanıstan – Belarus
Saat 22:45, İtaliya – Estoniya
Saat 22:45, Moldova – İsrail
Saat 22:45, Farer adaları - Xorvatiya
Saat 22:45, Monteneqro - Çexiya