“Mançester Siti”nin yarımmüdafiəçisi, “Qızıl top”un son sahibi Rodri “Milan”ın futbolçusu Luka Modriç haqda danışıb.
Bakıvaxtı.az xəbər verir ki, o, “El Mundo”ya müsahibəsində deyib:
“Özümü hələ də gənc hesab edirəm. Görək, karyeram necə davam edəcək. Düşünürəm ki, artıq yolun yarısını keçmişəm. Burada genetik faktor da rol oynayır. Mən gənc deyiləm. Amma Modriçə baxıram – 40 yaşında bu səviyyədə oynamaq inanılmazdır. Mənim də o yaşda belə səviyyədə olmağım möcüzə olar”.
Qeyd edək ki, Luka Modriç yayda “Milan”a keçib. 39 yaşlı yarımmüdafiəçi A seriyasında indiyədək 2 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb./Qol.az