• Bakı 24° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

Türkiyə millisi 10 nəfərlə Gürcüstana qalib gəldi

İDMAN

04 Sentyabr 2025 | 23:51

Türkiyə millisi 10 nəfərlə Gürcüstana qalib gəldi

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları keçirilir. 

Bakıvaxtı.az xəbər verir ki, E qrupunda yer alan Türkiyə səfərdə Gürcüstan millisi ilə qarşılaşıb.

Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu, sözügedən qrupun komandaları arasında ilk oyun olub. 

Matçın 3-cü dəqiqəsində hesabı Türkiyə millisinin müdafiəçisi Mert Müldür açıb. Oyunun 41-ci və 52-ci dəqiqələrində isə Kerem Aktürkoğlu fərqlənərək dubla imza atıb. Gürcüstan yığmasının oyunçusu Zuriko Davitaşvili 63-cü dəqiqə topu rəqib qapısından keçirib. 

Türkiyə millisinin futbolçusu Barış Yılmaz matçın 71-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydanı tərk edib. Görüşün 90+8-ci dəqiqəsində isə meydan sahiblərinin vingeri Xviça Kvaratsxeliya fərqi minimuma endirib. 


SON XƏBƏRLƏR

04 Sentyabr 2025