• Bakı 24° C

    8.93 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

Qızıl medalı anama həsr edirəm - Avropa çempionu

İDMAN

04 Sentyabr 2025 | 21:22

Qızıl medalı anama həsr edirəm - Avropa çempionu

Qələbəni ailəmə həsr edirəm, əsasən də anama. Onun mənim üzərimdə əməyi çoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Slovakiyanın paytaxt Bratislava şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında qızıl medal qazanan Məhəmməd Musayev ( 66 kiloqram) deyib.

O, nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Daha əvvəl gənclər arasında Avropa çempionu olmuşdum. Amma bu titul bir başqadır. Final görüşü gərgin keçdi. Yalnız qələbə düşünürdüm. Qarşıda bizi Peruda təşkil olunacaq dünya çempionatı gözləyir. Orada da uğur əldə etmək istəyirəm".

Qeyd edək ki, Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.


SON XƏBƏRLƏR