İngiltərə Premyer Liqasında yeni mövsümün matçları Azərbaycanda da yayımlanacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu il çempionatın yayım hüquqlarını “İdman TV” alıb.
Bu barədə telekanalın mətbuat xidməti məlumat yayıb.
Çempionat gələn həftədən start götürəcək və bütün oyunlar tam şəkildə “İdman TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, ötən mövsüm İngiltərə Premyer Liqasının oyunlarını “İctimai TV” yayımlayıb.