UEFA Çempionlar Liqasında 2025/26 mövsümü bu gün başlayır.
Bakıvaxtı.az xəbər verir ki, Avropanın müxtəlif ölkələrindən çıxış edən 28 komanda, növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparacaq.
Bu gün keçiriləcək qarşılaşmalar:
“Kuopiyo” (Finlandiya) –“Milsami” (Moldova)
“Iberiya 1999” (Gürcüstan) – “Malmö” (İsveç)
“Noah” (Ermənistan) – “Buduçnost” (Monteneqro)
“Levadiya” (Estoniya) –“FK RFS” (Latviya)
“Olimpiya” (Sloveniya) –“Kayrat Almatı” (Qazaxıstan)
“Nyu Seints” (Uels) –“Şkendiya” (Şimali Makedoniya)
“Drita” (Kosovo) –“Differdanj 03” (Lüksemburq)
“Vikingur” (Farer Adaları) – “Linkoln” (Cəbəllütariq)
“Eqnatia” (Albaniya) – “Breidablik” (İslandiya)
“Virtus AC 1964” (San Marino) –“Jrinski Mostar” (Bosniya və Herseqovina)
Sabah baş tutacaq qarşılaşmalar:
“Jalqiris” (Litva) – “Hamrun Spartans” (Malta)
“Ludoqorets” (Bolqarıstan) –“Dinamo Minsk” (Belarus)
FCSB (Rumıniya) – “Inter” (Andorra)
“Şelbron” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya)
Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasına 2-ci təsnifat mərhələsindən qoşulacaq. Ağdam təmsilcisinin rəqibi “Şelburn – Linfild” cütünün qalibi olacaq.