• Bakı 24° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

"Qarabağ" - "Metallist" oyununda 9 qol VURULDU

İDMAN

07 Iyul 2025 | 22:07

Qarabağ - Metallist oyununda 9 qol VURULDU

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" futbol komandası ilk yoxlama oyununu keçirib.

Bakıvaxtı.az-ın  məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi "Metallist" (Xarkov) ilə üz-üzə gəlib.

Qarşılaşma “köhlən atlar”ın məğlubiyyəti ilə bitib - 4:5.

Azərbaycan çempionu Bakıdakı ilk yoxlama matçında "Zirə"ni 4 cavabsız qolla üstələyib.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.


SON XƏBƏRLƏR

07 Iyul 2025