Şəmkir şəhərində yeniyetmə yanıq xəsarətləri alıb.
Bakıvaxtı.az xəbər verir ki, Şəmkirin Könüllü kənd sakini 2010-cu il təvəllüdlü Elman İsmayılov ocağa yıxılaraq yanıq xəsarətləri alıb.
O, yaxınları tərəfindən öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib.
E.İsmayılova tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır./Teleqraf.com