Dünən Abşeron Gənclər Şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə baş verən partlayışda yaralananların vəziyyəti açıqlanıb.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.
1980-ci il təvəllüdlü (qadın cinsli), 2010-cu il təvəllüdlü (kişi cinsli), 1976-cı il təvəllüdlü (kişi cinsli) şəxslərə müxtəlif bədən üzvlərinin çoxsaylı yanığı diaqnozu təyin edilib.
Hazırda hər birinin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.