• Bakı 29° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

Ağstafada 33 yaşlı kişi bıçaqlandı

HADİSƏ

06 Avqust 2025 | 22:05

Ağstafada 33 yaşlı kişi bıçaqlandı

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1992-ci il təvəllüdlü E.Əlizadə bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

06 Avqust 2025