Xızıda 36 yaşlı kişi üstünə darvaza aşması nəticəsində ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Xızının Stalçay adlanan ərazisində baş verib.
1989-cu il təvəllüdlü Ceyhun Qəzənfər oğlu Həsənov öz həyətində olarkən üzərinə darvaza aşıb. O, aparıldığı Sumqayıt şəhər xəstəxanasına həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.