• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Naxçıvanda FACİƏ! Su üzərində olan platforma aşdı - 3 ölü - FOTO - YENİLƏNİB

HADİSƏ

05 Sentyabr 2025 | 11:04

Naxçıvanda FACİƏ! Su üzərində olan platforma aşdı - 3 ölü - FOTO - YENİLƏNİB

Şahbuzda istirahət mərkəzində su üzərində olan platformanın aşması nəticəsində ölən şəxslərin adları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə zamanı 1983-cü il təvəllüdlü Hüseynova Sevinc Abdulla qızı, onun qızı 2011-ci il təvəllüdlü Hüseynova Ceyran Tural qızı və nənə, 1947-ci il təvəllüdlü Məmmədova Səkinə Xəlil qızı vəfat edib.

    Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.

    ***

    09:15

    Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində faciə baş verib.

    Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, istirahət mərkəzində su üzərində olan platformanın aşması nəticəsində 3 nəfər ölüb.

    İstirahət mərkəzində olanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Həyatını itirənlərin qohum olduğu bildirilir.

    Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüb.

    Qəza zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

    Hər iki faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR