• Bakı 24° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Gəncədə 4 otaqlı ev yandı: Ər və arvad... - YENİLƏNİB

HADİSƏ

05 Sentyabr 2025 | 10:39

Gəncədə 4 otaqlı ev yandı: Ər və arvad... - YENİLƏNİB

Bu gün səhər saat 05:50 radələrində 2 nəfər (1 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

TƏBİB-dən "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, tüstüdən zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Məlumata görə, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

08:51

Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az-ın apa-ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində yerləşən, ümumi sahəsi 300 kvadratmetr olan 4 otaqlı evdə baş verib. Evdə anidən başlayan yanğın nəticəsində 130 kvadratmetr sahə əşyalarla birlikdə yanıb.

    Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, evin qalan hissəsi və qonşuluqdakı tikililər alovdan mühafizə olunub.

    Hadisə zamanı 1955-ci il təvəllüdlü Ə.Məmmədov və həyat yoldaşı, 1957-ci il təvəllüdlü V.Məmmədova tüstüdən zəhərləniblər. Onlar xəstəxanaya yerləşdirilib, tibbi yardım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.

    Baş vermiş yanğınla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR