• Bakı 24° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

"Milan" və "Çelsi" Menyanın transfer qiymətini razılaşdırıb

İDMAN

08 Iyun 2025 | 14:06

Milan və Çelsi Menyanın transfer qiymətini razılaşdırıb

"Milan" və "Çelsi" klubları qapıçı Mayk Menyanın transfer qiymətini razılaşdırıb.

Bakıvaxtı.az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, İtaliya təmsilçisi 29 yaşlı fransalı qolkiper üçün təklif olunan 18 milyon avroya razılaşıb.

“Milan” daha əvvəl İngiltərə klubundan 30 milyon avro tələb etmişdi. "Çelsi" isə 15 milyon avro ödəməyə hazır idi.

Qeyd edək ki, M.Menyan ötən mövsüm bütün turnirlərdə keçirdiyi 52 oyunun 14-də qol buraxmayıb. Onun "Milan"la müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir.

“Transfermarkt” portalı qolkiperin dəyərini 25 milyon avro qiymətləndirir.


SON XƏBƏRLƏR