• Bakı 26° C

    0.48 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Paşinyan: II Qaregin subaylıq əhdini pozub, övladı da var

DÜNYA

09 Iyun 2025 | 11:50

Paşinyan: II Qaregin subaylıq əhdini pozub, övladı da var

"II Qaregin öz könüllü subaylıq əhdini pozub və uşağı var".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesablarında paylaşıb.

    "Bu faktdır və əgər II Qaregin bunu təkzib etməyə cəhd göstərərsə, mən bunu lazımi formatda sübut edəcəyəm. Bununla əlaqədar olaraq, Erməni Apostol Kilsəsinin kanonik hüququna əsasən, II Qaregin nə yepiskop, nə arxiyepiskop ola bilərdi, nə də seçilə bilərdi. O, katolikos ola bilməz. Ktrich Nersisyan Patrixar iqamətgahını tərk etməlidir.

    Erməni Apostol Kilsəsinin inanclı davamçısı kimi, mənəvi irsimizin hər bir dəyərinə, hər bir əşyasına, hər bir obrazına və daşına sevgi ilə yanaşan bir insan kimi bəyan edirəm: Erməni Apostol Müqəddəs Kilsəsinin yenidən seçilmiş bir katolikosu olmalıdır, və bu şəxsin nüfuzu, mənəvi təmizliyi katolikos seçkilərindən əvvəl yoxlanmalı və təsdiqlənməlidir.

    Müqəddəs Erməni Apostol Kilsəsinin inanclı davamçılarını Patrixar iqamətgahının sevgi və xristian ruhunda azad olunması və bütün ermənilərin katolikosu vəzifəsinə həqiqətən müqəddəs bir din xadiminin seçilməsi gündəliyi ətrafında birləşməyə çağırıram", - paylaşımda qeyd edilib.


    SON XƏBƏRLƏR

    08 Iyun 2025