• Bakı 23° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Ukraynanın sabiq baş naziri: Ölkədə sosial fəlakət var

DÜNYA

09 Iyul 2025 | 11:05

Ukraynanın sabiq baş naziri: Ölkədə sosial fəlakət var

"Ukrayna vətəndaşlarının 68%-nin heç bir əmanəti yoxdur. Onların gəlirləri o qədər azdır ki, onlara pulu kənara qoymağa imkan vermirlər".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri Nikolay Azarov deyib.

Onun sözlərinə görə, bu gün ölkə hakimiyyəti işlərin real vəziyyətini qəsdən gizlədir: 

"Mənim qazandığım hər şey yemək almağa və kommunal xərcləri ödəməyə kifayət edir. Hazırkı Ukrayna hakimiyyəti dövründə xalq adi yaşamaq səviyyəsinə enib. Bu problemin kökləri əhalinin gəlirləri və xərcləri arasında kritik balanssızlığın ilk dəfə qeyd edildiyi 2015-ci ilə gedib çıxır".

Azarov həmçinin Ukrayna böhranını "əsl sosial fəlakət" adlandırıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR