• Bakı 32° C

    6.32 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

Saxalində sərnişin təyyarəsi qəza enişi edib

DÜNYA

08 Avqust 2025 | 09:21

Saxalində sərnişin təyyarəsi qəza enişi edib

Cənubi Saxalinsk - Sovetskaya Qavan reysini yerinə yetirən DHC-6-400 təyyarəsi havaya qalxdıqdan bir müddət sonra qəza enişi edib, xəsarət alan olmayıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

"Bu gün "Tayqa" aviaşirkətinin Cənubi Saxalinsk - Sovetskaya Qavan reysini həyata keçirən DHC-6-400 təyyarəsi texniki nasazlıq səbəbindən qəza enişi edib. Havaya qalxdıqdan bir müddət sonra nasazlıq aşkar edən ekipaj təyyarənin geri qayıtmasına qərar verib. Eniş uğurla həyata keçirilib", - məlumatda deyilir.

Təyyarədə 14 sərnişin, o cümlədən 4 yetkinlik yaşına çatmayan şəxs olub.


SON XƏBƏRLƏR

07 Avqust 2025