• Bakı 26° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

CNN: Tramp və Si Cinpin Cənubi Koreyada görüşə bilər

DÜNYA

07 Sentyabr 2025 | 08:22

CNN: Tramp və Si Cinpin Cənubi Koreyada görüşə bilər

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməyi planlaşdırır və onun oktyabrda tədbir çərçivəsində Çin Sədri Si Cinpinlə görüşü mümkündür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Koreya Respublikasının sədrliyi ilə sammit oktyabrın 31-dən noyabrın 1-dək Kyoncu şəhərində keçiriləcək. CNN-in məlumatına görə, Trampla Si Cinpinq arasında görüşün təşkili müzakirə olunur, lakin hələlik razılıq əldə olunmayıb.

Ağ Ev telekanala təsdiqləyib ki, ABŞ Prezidentinin Cənubi Koreyaya səfəri mümkündür və məqsəd iqtisadi, ticarət, müdafiə və mülki enerji sahəsində əməkdaşlıq üzrə danışıqlar olacaq.

CNN qeyd edib ki, Trampın Koreya Respublikasına səfəri həm də ona Şimali Koreya lideri Kim Çen Inla görüş imkanı yarada bilər. Telekanalın məlumatına görə, Cənubi Koreya prezidenti Li Çje-Myon amerikalı həmkarını ötən həftə sammitə dəvət edib və belə platformanın Şimali Koreya lideri ilə danışıqlar məkanına çevrilə biləcəyini təklif edib.


SON XƏBƏRLƏR

06 Sentyabr 2025