• Bakı 17° C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

Gürcüstan Baş naziri ölkədə beşinci inqilab cəhdindən danışdı

DÜNYA

06 Oktyabr 2025 | 22:58

Gürcüstan Baş naziri ölkədə beşinci inqilab cəhdindən danışdı

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə son dörd ildə beşinci dəfə inqilab cəhdinin baş verdiyini açıqlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, “Rustavi 2” telekanalına verdiyi müsahibədə o bildirib ki, bu cəhd də xaricdən dəstək alıb və açıq şəkildə hakimiyyəti devirmək kampaniyasına çağırışlar edilib.

Baş nazir qeyd edib ki, dövlət çevrilişi planları uğurla qarşısı alınıb, lakin hökumət “altıncı, yeddinci, səkkizinci cəhdləri” gözləməyəcək və bunun qarşısını almaq üçün tədbirlər görəcək. Bu çərçivədə hüquq-mühafizə orqanları prezident sarayına hücum edən şəxslərin saxlanılması əməliyyatına başlayıb və onların hamısı məsuliyyətə cəlb olunacaq.

Kobaxidze əlavə edib ki, Gürcüstanın xüsusi xidmət orqanları yaxınlarda keçirilmiş seçkilər zamanı yaranmış təhlükələri vaxtında aradan qaldırmaq üçün keyfiyyətli iş aparıb.


SON XƏBƏRLƏR

06 Oktyabr 2025