• Bakı 14° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Qriqoryan: TRIPP-in məqsədi Azərbaycan və MDB ölkələri ilə əlaqələr qurmaqdır

DÜNYA

05 Noyabr 2025 | 19:38

Qriqoryan: TRIPP-in məqsədi Azərbaycan və MDB ölkələri ilə əlaqələr qurmaqdır

TRIPP proqramının (Ermənistandan keçməsi planlaşdırılan Zəngəzur dəhlizinin 42 kilometrlik hissəsi - red.) bir hissəsi olaraq, Ermənistan həqiqi əməkdaşlıq və qarşılıqlı fayda mühiti yaratmağa çalışır.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvada keçirilən MDB Təhlükəsizlik Şurası katiblərinin 13-cü iclasında bildirib.

Onun sözlərinə görə, bu proqramın məqsədi təkcə Ermənistan və Azərbaycan arasında deyil, həm də digər MDB ölkələri ilə əlaqələr qurmaq, Ermənistan nəqliyyat marşrutlarının Avrasiya məkanı da daxil olmaqla daha geniş şəbəkələrə inteqrasiyasını təmin etməkdir.

"Layihə ticarət, logistika və insanların hərəkəti üçün yeni imkanlar açır, əlaqələrin möhkəmlənməsinə kömək edir. Bu da öz növbəsində təhlükəsizliyin təmin edilməsində mühüm amildir", - deyə A.Qriqoryan qeyd edib.


SON XƏBƏRLƏR