• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyə aviaşirkəti bu ölkəyə uçuşu LƏĞV ETDİ

DÜNYA

05 Noyabr 2025 | 19:23 | Müəllif: Subhan Mahmudov

Türkiyə aviaşirkəti bu ölkəyə uçuşu LƏĞV ETDİ

Türkiyənin “Pegasus Airlines” aviaşirkəti Ankara və İzmirdən Monteneqroya uçuşları müvəqqəti olaraq ləğv edib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Monteneqro Hava Limanı (ACG) məlumat yayıb.

“Türkiyənin aşağı büdcəli aviaşirkəti “Pegasus Airlines” noyabrın 29-dək Ankara və İzmirdən Podqoritsaya planlaşdırılan bütün uçuşları ləğv edib. Şirkət Podqoritsa - Sabiha Gökçen istiqamətində aviareysləri isə davam etdirir”, - deyə açıqlamada bildirilir.

Bundan başqa, Podqoritsa ilə Tivat və İstanbul aeroportu istiqamətində uçuşlar hazırda “Air Montenegro” və “Turkish Airlines” tərəfindən həyata keçirilməyə davam edir.

Qeyd edək ki, Türkiyə Serbiyadan sonra Monteneqro Aerodromu üçün ən vacib bazardır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026