ABŞ Prezidenti Donald Tramp DÇ-2026-nin püşkatma mərasimindən əvvəl FİFA Sülh Mükafatını alacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Bildirilib ki, Tramp bu gün paytaxt Vaşinqtonda keçiriləcək tədbir zamanı çıxış edəcək.
FİFA Sülh Mükafatı noyabrda təsis edilib. Tramp mükafatın ilk sahibi olacaq.
Qeyd edək ki, dünya çempionatı 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Mundial 11 iyun - 19 iyulda keçiriləcək.
Axar.az
Bakı 



