• Bakı 10° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Britaniyada həbsxanaya dron hücumu olub

DÜNYA

04 Yanvar 2026 | 14:07

Britaniyada həbsxanaya dron hücumu olub

Böyük Britaniyanın Oksfordşir qraflığının Bister şəhərində yerləşən 1 100 yerlik Bullinqdon həbsxanasına dron dəstələrinin hücumu olub.

Bakıvaxtı.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu yolla məhbuslara narkotik və silah ötürülüb.

Bildirilir ki, basqın gecə saatlarında baş verib. Bundan əlavə, PUA-ları kənarlaşdırmağa çalışan mühafizəçilər də hücuma məruz qalıblar.

Qeyd olunub ki, torların olmaması, həmçinin pəncərələrin zəif konstruksiyası və ya zədəli olması problemi daha da dərinləşdirib.

Hadisə ilə bağlı araşdırmaların aparıldığı, müəssisənin təhlükəsizliyi üçün vəsait ayrılacağı bildirilib.


SON XƏBƏRLƏR

04 Yanvar 2026