• Bakı 11° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bu ölkənin paytaxtı dəyişdirildi

DÜNYA

04 Yanvar 2026 | 14:25 | Müəllif: Subhan Mahmudov

Bu ölkənin paytaxtı dəyişdirildi

Ekvatorial Qvineyanın paytaxtı ölkənin təhlükəsizliyini artırmaq və logistikanı yaxşılaşdırmaq məqsədilə adadan materik hissəyə köçürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Afrika ölkəsinin Prezidenti Teodoro Obianq Nquema Mbasoqo müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Syudad-de-la-Pas şəhəri respublikanın yeni paytaxtı olub. Malabo şəhəri isə bu statusdan məhrum edilib.

Qeyd edək ki, Syudad-de-la-Pasın gələcək paytaxt kimi tikintisinə 2012-ci ildə başlanılıb. Şəhər Ekvatorial Qvineyanın materik hissəsinin tam mərkəzində, Vele çayı üzərində, Atlantik okeanı sahilindən 160 km şərqdə yerləşir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR