Ankara ABŞ Prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduroya Türkiyəyə sürgün olunmaqla bağlı ultimatum verdiyi barədə məlumata malik olmadığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RIA Novosti” Türkiyədəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, belə bir məlumat Ankaraya məlum deyil və onun haradan yayıldığı anlaşılmır.
Bundan əvvəl xarici KİV-lərdə yayılan məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin sonunda Venesuela lideri Nikolas Maduroya vəzifədən getməyi və Türkiyəyə sürgün olunmağı təklif edib.
Nikolas Maduro bu ultimatumdan imtina edib.
Qeyd edək ki, yanvarın 3-də ABŞ xüsusi təyinatlı qüvvələri Venesuelada Prezident Nikolas Maduro və onun həyat yoldaşını saxlayıb və ölkədən çıxarıb.
Venesuela xarici işlər naziri İvan Xil Pinto ABŞ-nin Karakasdakı hərbi və mülki obyektlərə zərbələrini hərbi aqressiya adlandırıb.
Ölkədə fövqəladə vəziyyət elan edilib.
***
13:50
ABŞ 2025-ci il dekabrın 23-də Venesuela Prezidenti Nikolas Maduroya ölkəni tərk edərək Türkiyəyə getməyi təklif edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The New York Times”a (NYT) adı açıqlanmayan ABŞ rəsmisi məlumat verib.
Vaşinqton bu təklifi Maduronun sülh yolu ilə hakimiyyətdən kənarlaşdırılması variantı kimi dəyərləndirib.
Lakin Venesuela Prezidenti ABŞ-ın bu təklifini qəzəblə rədd edib. Onun reaksiyası Vaşinqtonun irəli sürdüyü variantları ciddi şəkildə nəzərdən keçirmək niyyətində olmadığını göstərib.
Bakı 




