Rəsmilərin məlumatına görə, Venesuela Prezidenti Nikolas Maduronun işi ilə bağlı Manhetten Federal Məhkəməsində ilk dinləmənin bazar ertəsi keçirilməsi gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
ABŞ Ədliyyə Nazirliyinin açıqladığı ittihamnamədə Nikolas Maduro “korrupsiyalaşmış, qanunsuz hökumət” çərçivəsində genişmiqyaslı narkotik qaçaqmalçılığı əməliyyatlarını idarə etməkdə ittiham olunur və bu fəaliyyət nəticəsində ABŞ-a minlərlə ton kokain gətirildiyi bildirilir.
Məlumata görə, Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi şənbə günü axşam Nyu-Yorka eniş edib. Maduro ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin ofisinə çatdırılıb və hazırda Nyu-Yorkdakı istintaq təcridxanasında saxlanıldığı güman edilir.
Nyu-Yorkdakı venesuelalı immiqrantlar isə Nikolas Maduro və Siliya Floresin ələ keçirilməsini qeyd edərək bayram ediblər.
Bakı 




