Almaniya kansleri Fridrix Merz dekabrın 9-da Berlində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin mətbuat katibinin müavini Sebastyan Hill bildirib.
"Çərşənbə axşamı, təxminən saat 16:00-da (Bakı vaxtı ilə 19:00) Almaniya kansleri Federal Kansleriyada Ermənistanın Baş naziri Nikol Paşinyanı qarşılayacaq. Sonrakı danışıqlarda ikitərəfli iqtisadi əməkdaşlıq, regional məsələlər və Ermənistan və Azərbaycan arasında sülh prosesi müzakirə olunacaq", - Hill bildirib.
Onun sözlərinə görə, danışıqlardan sonra liderlərin birgə mətbuat konfransı planlaşdırılır.
Bakı 



