Rusiyanın Rostov vilayətində, M4 "Don" magistral yolunda ölümlə nəticələnən zəncirvari avtomobil qəzası baş verib.
Bakıvaxtı.az-ın "SHOT" teleqram kanalına istinadən məlumatına görə, qəzaya səbəb yolların buz bağlaması olub.
Şahidlərin sözlərinə görə, yük maşını Karmir Kolos kəndi yaxınlığında bir neçə avtomobillə toqquşub. Yük maşını sürücüsü həmçinin idarəetməni itirib və bir neçə işçinin üzərinə sürüb. İlkin məlumatlara görə, nəticədə dörd nəfər ölüb.
Sürücülərin sözlərinə görə, magistral yol "buzlaq"a çevrilib. Güclü qar yağandan sonra bölgədə şaxtalar başlayıb.
Mənbənin verdiyi məlumata görə, qəza səbəbindən M4 "Don" magistral yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, avtomobillər tıxacda qalıb. Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti Baş İdarəsinin rəisi qəza yerinə gedib.
Aynur Babazadə
Bakı 




