• Bakı C

    8.74 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Kiyevdə terror törədildi

DÜNYA

04 Yanvar 2026 | 15:59

Kiyevdə terror törədildi

Kiyevin Heroiv Dnipra küçəsindəki bir evin həyətində baqaj açılarkən baş verən avtomobil partlayışı terror aktı kimi təsnif edilib və məhkəməyəqədər araşdırma başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Prokurorluğu məlumat yayıb.

Partlayış nəticəsində bir hərbçi qəlpə yaraları alıb. Yaxınlıqda olan bir qadın xəsarət almayıb.

Partlayışla bağlı Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 1-ci hissəsi - terror aktı, yəni insanların həyatı və ya sağlamlığı üçün təhlükə yaradan partlayış və ya digər hərəkətlərin törədilməsi ilə bağlı məhkəməyəqədər istintaq başlanıb.


SON XƏBƏRLƏR

04 Yanvar 2026