• Bakı C

    8.74 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

ABŞ hakimiyyəti Venesuela üçün idarəetmə planı hazırlayır

DÜNYA

04 Yanvar 2026 | 16:19

ABŞ hakimiyyəti Venesuela üçün idarəetmə planı hazırlayır

ABŞ Prezidenti Donald Trampın komandası Venesuela üçün yeni idarəetmə planı üzərində işləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Planın hazırlanmasında Dövlət katibi Marko Rubio, müharibə naziri Pit Heqset və Trampın siyasi məsələlər üzrə müşaviri Stiven Miller iştirak edir.

Qeyd edək ki, yanvarın 3-də ABŞ xüsusi təyinatlı qüvvələri Venesuelada Prezident Nikolas Maduro və onun həyat yoldaşını saxlayıb və ölkədən çıxarıb.

Venesuela xarici işlər naziri İvan Xil Pinto ABŞ-nin Karakasdakı hərbi və mülki obyektlərə zərbələrini hərbi aqressiya adlandırıb.

Ölkədə fövqəladə vəziyyət elan edilib.


SON XƏBƏRLƏR

04 Yanvar 2026