Rusiya prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi arasında Yeni Dehlidə keçirilən danışıqların yekunlarına dair birgə bəyanat imzalanıb.
Bakıvaxtı.az xəbər verir ki, bəyanat Kremlin saytında dərc edilib.
Sənəd Putinin Hindistana son səfərini, ticarət-iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat sahələrində tərəfdaşlıq, Uzaq Şərq və Arktikada əməkdaşlıq, nüvə enerjisi və kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq və digər əməkdaşlıq sahələrini əhatə edən 70 bənddən ibarətdir. Bunlara həmçinin hərbi və hərbi-texniki əməkdaşlıq, terrorizmlə mübarizə, elm və mədəniyyət sahəsində əməkdaşlıq, beynəlxalq məsələlərdə əməkdaşlıq daxildir.
"Tərəflər Rusiya-Hindistan xüsusi və imtiyazlı strateji tərəfdaşlığının davamlılığını, habelə xarici siyasət prioritetlərinə yaxınlaşan və bir-birini tamamlayan yanaşmaları məmnunluqla qeyd etdilər və bu tərəfdaşlığın daha da gücləndirilməsinə sadiq olduqlarını təsdiqlədilər", - sənəddə qeyd olunur.
Zeynəb Rzayeva
Bakı 



